Azərbaycan millisi xoşagəlməz hadisə ilə üzləşdi
Azərbaycan milli komandasının baqajı DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə keçiriləcək oyun üçün səfər zamanı itib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Slonka məlumat yayıb. Məlumata görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Polşanın Krakov şəhərinə baqajsız çatıb. Baqajların itməsilə əlaqədar millimizin üzvləri məşq prosesinə vaxtında başlaya bilməyiblər. Azərbaycan yığması seçmə mərhələdə növbəti oyununu oktyabrın 13-də Ukrayna ilə keçirəcək. Qeyd edək ki, hazırda millimiz 3 oyundan 1 xal toplayaraq D qrupunda sonuncu – 4-cü pillədə qərarlaşıb. Ukrayna isə 4 xalla ikinci yerdədir.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: