Futbol üzrə Türkiyə millisinin qapıçısı yığmanı icazəsiz tərk etdi: Yerinə Məhəmməd Şengezer gətirildi
Türkiyə Futbol Federasiyası (TFF) ölkə millisinin heyətində yer alan qapıçısı Berke Özerin komandanın düşərgəsini icazəsiz tərk etdiyini və yerinə Məhəmməd Şengezerin gətirildiyini açıqlayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə TFF-dən açıqlama verilib. "Komandamızın İstanbula qayıtmasından sonra millimizin qapıçılarından Berke Özer dünənki Bolqarıstan-Türkiyə matçının iştirak ərizəsinə daxil edilmədiyini əsas gətirərək, könüllü olaraq, texniki və inzibati heyətimizin icazəsi olmadan düşərgəni tərk edib. O, toplanışdan ayrıldıqdan sonra "Başakşehir"dən Məhəmməd Şengezer milli komandanın heyətinə dəvət olunub", - açıqlamada bildirilib.
Oxunub: 67
Xəbəri paylaş
Paylaş: