Azərbaycan Kubokunda "Ağstafa Gəncləri"nin növbəti rəqibi müəyyənləşdi
Futbol üzrə Azərbaycan Kubokunda birinci təsnifat mərhələsinə bu gün yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib. "Göygöl" komandası "Şəmkir"i 1:0 hesabı ilə, "Xankəndi" isə "Quba"nı 2:1 hesabı ilə məğlub edib. Bununla da II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Azərbaycan Kuboku II təsnifat mərhələsi "Ağstafa Gəncləri" - "Kəpəz" "Səbail" - "Şamaxı" "Göygöl" - "Baku Sportinq" "Karvan-Yevlax" - "Sheky City" "Qaradağ Lökbatan" - "İmişli" "Qəbələ" - "Mingəçevir" "Cəbrayıl" - "Şəfa" "Zaqatala" - "Sumqayıt" "Neftçi" - MOİK "Xankəndi" - "Difai" "Dinamo" - "Turan-Tovuz" "Şimal" - "Şahdağ-Qusar" Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları oktyabrın 28-29-da baş tutacaq.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: