Sülhməramlılar Qarabağda postlarını ləğv etdi
Rusiya sülhməramlıları Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında keçmiş qoşunların təmas xətti boyunca yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Mediaxeberleri.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. "Əsgəran, Ağdərə və Şuşa rayonlarında tərəflərin keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrinin sökülməsi başa çatıb", - məlumatda deyilir.
Oxunub: 218
Xəbəri paylaş
Paylaş: