III MDB Oyunları: Azərbaycanın U-16 millisi finala yüksəlib
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib. Mediaxeberleri.Az oyunların mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, komandamız III MDB Oyunları çərçivəsində ikinci oyununa çıxıb. A qrupunda yer alan U-16 komandamız Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Oyun millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Tunar Bayramov (53-cü dəqiqədə), Əli Bəşirov (70 və 75-ci dəqiqələr) və Roman Fərzəli (79-cu dəqiqə) rəqib qapısından keçiriblər. Beləliklə, komandamız finala vəsiqə qazanıb. U-16 millimiz finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
Oxunub: 49
Xəbəri paylaş
Paylaş: