UEFA Çempionlar Liqası: "Qarabağ" növbəti matçına çıxır
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq. Mediaxeberleri.Az xəbər verir ki, təmsilçimiz Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Qeyd edək ki, "Qarabağ" növbəti görüşünü oktyabr ayının 22-də səfərdə "Atletik Bilbao" klubuna qarşı keçirəcək. Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk görüşündə "Benfika"ni səfərdə 2:3 hesabı ilə məğlub edib. 1 oktyabr UEFA Çempionlar Liqası II tur Saat 20:45, "Qarabağ" - "Kopenhagen".
Oxunub: 59
Xəbəri paylaş
Paylaş: