Rusiya Abxaziyada hərbi dəniz bazası yaradır
Abxaziyadakı Oçamçira körfəzində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün daimi baza yaradılacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə qondarma “abxaziya respublikası”nın “prezidenti” Aslan Bjaniya “İzvestiya”ya açıqlamasında deyib. “Biz müqavilə imzaladıq və yaxın gələcəkdə Oçamçira buxtasında donanma üçün daimi baza olacaq”, - Bjaniya bildirib. Onun sözlərinə görə, bu, həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətini artıracaq: “Hərbi əməkdaşlıq sahəsində artıq çox işlər görülüb, lakin ölkələr hələ də bir çox addımlar atmalıdır. Rusiya bizə dəstək verir, mütəxəssislərimiz daim Rusiyanın xüsusi müəssisələrində təkmilləşdirmə kurslarından keçirlər, ona görə də bu məsələ, təbii ki, heç vaxt gündəmdən düşmür”.
Oxunub: 216
Xəbəri paylaş
Paylaş: