Türkiyə millisi dünya çempionatında mübarizəni dayandırdı
Polşanın kişilərdən ibarər voleybol yığması dünya çempionatının yarımfinalına yüksəlmək uğrunda 1/4 final matçında Türkiyə üzərində qələbə qazanıb. Mediaxeberleri.Az xəbər verir ki, qarşılaşma 3-0 (25-15, 25-22, 25-19) hesabı ilə başa çatıb. Polşanın növbəti rəqibi İtaliya olacaq. İtaliya yığması 1/4 finalda Belçikanı 3:0 hesabı ilə məğlub edib. Yarımfinala digər vəsiqələr Çexiya-İran və ABŞ-Bolqarıstan oyunlarında müəyyən ediləcək. 2025-ci il kişilər arasında voleybol üzrə dünya çempionatı sentyabrın 12-dən 28-dək Filippində keçirilir. Titulun hazırkı sahibi İtaliyadır.
Oxunub: 64
Xəbəri paylaş
Paylaş: