UEFA Çempionlar Liqası:"Qarabağ"dan Portuqaliyada tarixi qələbə
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın ilk matçı start götürüb. Mediaxeberleri.Az xəbər verir ki, təmsilçimiz Lissabonda "Benfika" ilə üz-üzə gəlir. Qurban Qurbanovun komandası 2024/25 mövsümü Portuqaliya liqasını 2-ci yerdə tamamlayan “Benfika”nın qonağıdır. Lissabondakı “Estadio da Luz”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanıb. “Qarabağ” 8 il aradan sonra Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Tarixində 2-ci dəfə bu mərhələyə yüksələn Ağdam klubu 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı. Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək ki, bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. “Kəhər atlar” “Atletik” (İspaniya), “Napoli” (İtaliya) və “Liverpul”la (İngiltərə) da səfərdə qarşılaşacaq. “Kopenhagen” (Danirmarka), “Çelsi” (İngiltərə), “Ayaks” (Niderland) və “Aytraxt”la (Almaniya) oyunlar isə Bakıda keçiriləcək. 16 sentyabr UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur 23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3 (ikinci hissə) Qol: Barreneçea, 6; Pavlidis(1:0); , 16(2:0); , Leandro Andrave 30, (2:1); Kamilo Duran, 49 (2:2)Kashuk(2:3) Hakimlər: Erik Lambrexts, Co De Veird və Kevin Monteni (Belçika) Lissabon. “Estadio da Luz”