U-15 millimiz Monteneqro yığması ilə heç-heçə etdi
15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, yığma Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.
Oxunub: 367
Xəbəri paylaş
Paylaş:





















