Fransa diplomatiyası Qarabağ məsələsində “oynamağa” çalışır – Rusiya XİN
Fransa diplomatiyası Qarabağ məsələsində, Qarabağı tərk edən ermənilərin vəziyyəti ilə «oynamağa» cəhd edir. Mediaxeberleri.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Fransa xarici işlər naziri Ketrin Kolonnanın İrəvana səfəri zamanı verdiyi açıqlamaları şərh edərkən deyib. “Mən Ketrin Kolonnanın yerində olsaydım, Fransanın özünü vasitəçi adlandırdığı və ya özünü vasitəçi saydığı ölkələr arasında münasibətlərin tənzimlənməsi ilə bağlı təminat və öhdəliklər barədə susardım. Yenə yalan, yenə də Fransa diplomatiyasının Qarabağ məsələsində, bölgəni tərk etmiş erməni əhalisinin ağır humanitar vəziyyəti ilə oynamaq üçün ləng cəhdidir”. Onun sözlərinə görə, Rusiyanın situasiyanın həlli istiqamətindəki inkişafı Aİ və ABŞ tərəfindən “həyasızcasına surətini almağa başlayıb”, sonra isə bu regionun əhalisinə əhəmiyyət vermədən öz maraqlarına uyğun olaraq sadəcə təhrif edilib.