Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandı
Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub. Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kiloqram) və Ruslan Rüstəmov (65 kiloqram) fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi turniri bürünc medalla başa vurublar.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: