DÇ-2026 seçmə mərhələsi: İtaliyadan darmadağın, Fransa qələbə qazandı
Bu gün 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar baş tutub. Mediaxeberleri.Az xəbər verir ki, daha çox maraq doğuran qarşılaşmalar İtaliya - Estoniya və Ukrayna - Fransa matçları olub. Estonları Berqamoda qəbul edən "Skuadra Adzurra" rəqibin qapısından 5 cavabsız top keçirməklə qələbə qazanıb - 5:0. Bu nəticədən sonra xallarını 6-ya çatdıran italyanlar I qrupunda üçüncü pillədə qərarlaşıblar. Ev matçını məlum səbəblərdən Polşada keçirən Ukrayna yığması fransızların qarşısında tab gətirməyib. Seçmə mərhələ çərçivəsində ilk oyuna çıxan fransızlar 2 cavabsız qolla 3 xalı əldə ediblər - 0:2. Digər qarşılaşmalarda qeydə alınan nəticələri təqdim edirik: Danimarka - Şotlandiya 0:0; Yunanıstan - Belarus 5:1; Farer adaları - Xorvatiya 0:1; Moldova - İsrail 0:4; Monteneqro - Çexiya 0:2; Sloveniya - İsveç 2:2; İsveçrə - Kosovo 4:0.