DÇ-2026 seçmə mərhələsi: Millimiz İslandiyaya böyük hesabla məğlub OLDU
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxır. Mediaxeberleri.Az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşır. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Matçı Niderlanddan olan hakimlər briqadası idarə edir. Bu qrupun digər oyununda isə Ukrayna Fransa ilə üz-üzə gəlir. Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (9 sentyabr). DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur 5 sentyabr D qrupu 22:45. İslandiya - Azərbaycan - 5:0 Qol: Viktor Palsson, 45+2 , İsak Yohannesson, 47, 56, Albert Qudmundsson, 67 , Daniel Leo Qretarsson, 73 Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal VAR: Jerön Mansxot AVAR: Klay Ruperti "Lauqardalsvöllur" stadionu