DÇ-2026 seçmə mərhələsi: Azərbaycan İslandiya ilə üz-üzə
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxacaq. Mediaxeberleri.Az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşacaq. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Bu qrupun digər oyununda isə Ukrayna Fransa iləı üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (9 sentyabr). DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur 5 sentyabr D qrupu 22:45. İslandiya - Azərbaycan Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal VAR: Jerön Mansxot AVAR: Klay Ruperti "Lauqardalsvöllur" stadionu 22:45. Ukrayna - Fransa