Mikayıl Cabbarov Türkmənistana səfər edəcək
Bu gün Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edəcək. Bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib. “Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan hökumətinin bir sıra rəsmi nümayəndələri ilə görüşlər keçirəcəyik, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparacağıq”, - nazir qeyd edib.
 

 
Oxunub: 363
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















