Bakıda bank kartlarından oğurluq edən şəxslər saxlanıldı
Paytaxt sakini olan iki nəfərin bank kartından ümumilikdə 3900 manat pul oğurlanıb. DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
Oxunub: 149
Xəbəri paylaş
Paylaş: