Bu köçhaköçdə YENİ ERMƏNİ HOQQABAZLIĞI... - Gedənlərin sayından da çoxunu geri qaytara bilərlər...
Dünya güclərinin Qarabağdan gedən erməniləri geri qaytarmaq planı var. Görün, ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller nə deyib?
Onun sözlərinə görə, yüz minə yaxın etnik erməni Qarabağdan Ermənistana gedib:
“İndi biz bilmirik ki, onların neçə faizi Ermənistanda qalacaq, neçə faizi isə şərtlər imkan versə, özlərini kifayət qədər yaxşı hiss edərlərsə, qayıtmaq istəyəcək. Geri qayıdacaqları təqdirdə, onlara qarşı rəftarı nəzərə alaraq, biz şəffaflığı təmin edəcək və Qarabağ xalqını, xüsusən də ermənilərin hüquq və təhlükəsizliyinin qorunacağına əmin edəcək müstəqil beynəlxalq monitorinq missiyasının yaradılması çağırışımızı təkrar edirik. Azərbaycan belə təminat verib. Biz hesab edirik ki, onları müşahidə edəcək və zəmanət verəcək beynəlxalq monitorinq missiyası olmalıdır”.
Əvvəla, Qarabağdan gedən ermənilərin 100 min civarında olduğu iddiası Ermənistana məxsusdur. Belədirsə, onda niyə ABŞ yalan erməni mənbələrinə istinad edir? Təəssüf ki, bizim Sərhəd Xidməti hələ də Qarabağı tərk edən ermənilərin dəqiq sayını açıqlamayıb.
Məhəmmədəli Qəribli