“Qarabağ” uduzdu, “Neftçi” yenə xal itirdi, “Sumqayıt” liderliyə yüksəldi
Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürüb. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Yarışın debütantı "İmişli" "Neftçi"ni qəbul edib. Görüş 0:0 hesablı bərabərliklə bitib. "Ağ-qaralar" ilk turda "Şamaxı" ilə oyunda da heç-heçə etmişdi. Sözügedən matç 1:1 hesabı ilə yekunlaşmışdı. Son çempion "Qarabağ" isə evdə "Sumqayıt"la qarşılaşıb. Oyun "kimyaçılar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Qarabağ"ın 2025/26 mövsümü Misli Premyer Liqasında ilk oyunu olub. Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda "Sabah" - "Qarabağ" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la ilk oyuna görə müraciəti əsasında təxirə salınmışdı. 22 avqust (cümə) 19:30. “Qarabağ” – “Sumqayıt” - 0:1 Qol: Ronaldo Vaskez, 72 17:00. “İmişli” – “Neftçi” - 0:0 23 avqust (şənbə) “Kəpəz” – “Karvan-Yevlax” 24 avqust (bazar) “Şamaxı” – “Sabah” “Turan Tovuz ” – “Araz-Naxçıvan” 25 avqust (bazar ertəsi) “Qəbələ” – “Zirə” № Klublar O Q H M VQ BQ TF X 1. Sumqayıt 2 2 0 0 4 0 4 6 2. Turan Tovuz 1 1 0 0 1 0 1 3 3. Neftçi 2 0 2 0 1 1 0 2 4. Şamaxı 1 0 1 0 1 1 0 1 5. Qəbələ 1 0 1 0 1 1 0 1 6. Karvan 1 0 1 0 1 1 0 1 7. Araz-Naxçıvan 1 0 1 0 1 1 0 1 8. Zirə 1 0 1 0 1 1 0 1 9. İmişli 2 0 1 1 0 0 0 1 10. Sabah 0 0 0 0 0 0 0 0 11. Qarabağ 1 0 0 1 0 1 -1 0 12. Kəpəz 1 0 0 1 0 3 -3 0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Azersun Arena”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu