Güləşçimiz erməni rəqibini məğlub etdi - DÜNYA ÇEMPİONU OLDU
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir. Mediaxeberleri.Az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçilər arasında ilk medalçılar bəlli olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub. Bu, yığmamızın turnirdə ilk qızıl medalı olub. Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.
Oxunub: 68
Xəbəri paylaş
Paylaş: