Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu olub
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir. Mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub. Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb. Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: