BMT rəsmisi ermənipərəst jurnalisti susdurdu
Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin jurnalisti Evelin Leopoldun beynəlxalq təşkilatın missiyasının Qarabağı ziyarətinə dair yayımladığı hesabatı ilə bağlı ironiyalı və təxribat xarakterli sualını cavablandıraraq jurnalisti susdurub. Mediaxeberleri.Az report-a istinadən xəbər verir ki, jurnalist sözçüyə erməniləri müdafiə edən sual verib və BMT-nin Azərbaycanın əleyhinə açıqlama verməməsinin səbəbini soruşub. S.Dujarrik isə cavabında BMT-nin hesabatının faktlara əsaslandığını deyib: "Bu bir rəy bəyanatı deyildi. Bölgəyə gedən missiya üzvləri öz gözləri ilə gördüklərini qələmə alıblar. Onlar görmədikləri haqqında danışmırlar. Biz Ermənistan hökumətinə humanitar yardım verməyə davam edirik. Bizim həmkarlarımız yalnız gördükləri barədə məlumat verə bilər, baş verənləri təhlil edə bilmərik".