Azərbaycan və Türkiyə diplomatlarına hücum edən ermənilər həbs olunacaqlar
ABŞ-nin Los-Anceles şəhərində keçirilən "Türkiyənin ictimai diplomatiyası" adlı konfransda Azərbaycan və Türkiyə diplomatlarına hücum edən ermənilər həbs olunacaqlar. Trend xəbər verir ki, bu barədə Los-Anceles Polis Departamentinin Ağır Cinayətlər Şöbəsinin baş müfəttişi bildirib. "Son dərəcə narahatlıq doğuran hadisənin araşdırılmasında əsas məqsədimiz cinayəti törədən şübhəlini tapmaq, həbs etməkdir. Baş verən hadisələri çox ciddi qəbul edirik. Ona görə də bu məsələni yaxından araşdıracağıq", - deyə müfəttiş bildirib. Qeyd edək ki, sentyabrın 29-da ABŞ-nin Los-Anceles şəhərində erməni radikal qruplaşmaları Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfrans iştirakçılarına hücum ediblər.