Rusiyada erməni lobbiçiliyinə ayrılan vəsaitlərin auditini tələb edirlər - VİDEO
Rusiyada erməni lobbiçiliyinə ayrılan pulların auditinin aparılması tələb olunur. Uzun illər şimal qonşumuzun informasiya məkanında erməni təbliğatı çərçivəsində Azərbaycan əleyhinə aparılan kampaniyaya cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istənilir. Rusiyalı ekspertlərin fikrincə, rəsmi Moskvanın Ermənistana münasibətdə “yumşaq güc” siyasətinə ayrılan vəsaitlər oğurlanıb və bu, dövlətə xəyanətdir. “Moskovskiy Komsomolets” qəzetinin siyasi şərhçisi, tanınmış ekspert Aleksandr Budberq məsələ ilə bağlı bildirib ki, 2020-ci il müharibəsi zamanı erməni lobbisinin heç də Rusiyadakı prosesləri idarə etmədiyi məlum olub. Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko isə qeyd edib ki, erməni təbliğatı aparanlar Rusiya dövlətinə xəyanət ediblər, onların fəaliyyəti araşdırılmalıdır. Ətraflı “İTV”nin süjetində: