UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Ferentsvaroş"la qarşılaşacaq
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ilk oyunda səfərdə Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qeyd edək ki, komandalar arasında cavab matçı avqust ayının 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 19 avqust UEFA Çempionlar Liqası - Pley-off Saat 23:00 - "Ferentsvaroş" - "Qarabağ".
Oxunub: 452
Xəbəri paylaş
Paylaş: