Direktor müavini HƏBS EDİLDİ: 10 yaşlı şagirdi maşınına mindirib və...
Moskva yaxınlığındakı məktəb direktorunun müavini 10 yaşlı qıza sataşdığı üçün saxlanılıb. Mediaxeberleri.Az rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva yaxınlığındakı Reutov şəhərində yerli məktəblərdən birinin direktor müavini 10 yaşlı qıza sataşdığı üçün saxlanılıb. Belə ki, uşağın anası polisə müraciət edib. O bildirib ki, 4 saylı məktəbin 54 yaşlı direktor müavini qızına təcavüz edib. Valideynin sözlərinə görə, direktor müavini evə aparmaq adı ilə onun qızını öz avtomobilinə mindirib. Kişi maşında uşağa təcavüz edib. Hadisə ilə əlaqədar direktor müavini saxlanılıb. Ona seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı cinayət işi açılıb. Ehtirasına güc gələ bilməyən direktor müavinini 20 ilə qədər həbs cəzası gözləyir.
Oxunub: 378
Xəbəri paylaş
Paylaş: