"Çelsi" ilk matçda xal itirdi
İngiltərə Premyer Liqasının 1-ci turunda "Çelsi" "Kristal Pelas"ı qəbul edib. Mediaxeberleri.Az xəbər verir ki, Stemford Bricdəki (London, İngiltərə) paytaxt derbisi qolsuz bərabərliklə yekunlaşıb - 0:0. 13-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Ebereçi Eze qol vursa da, VAR müdaxiləsindən sonra qol ləğv edilib. İngiltərə çempionatının 2-ci turunda "Çelsi" səfərdə "Vest Hem"lə qarşılaşacaq. Oyun avqustun 22-i cümə günü baş tutacaq. "Kristal Pelas" isə avqustun 24-ü bazar günü "Nottingem Forest"i qəbul edəcək.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş: