Hamzat Çimayev orta çəkidə UFC çempionu oldu
Hamzat Çimayev ABŞ-nin Çikaqo şəhərində keçirilmiş UFC 319 turnirinin əsas döyüşündə Cənubi Afrika Respublikasının (CAR) təmsilçisi Drikus dü Plessini məğlub edərək orta çəkidə çempion kəmərinə sahib olub. Mediaxeberleri.Az RBK-ya istinadla xəbər verir ki, Rusiyanın Çeçenistan Respublikasında anadan olmuş və hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bayrağı altında çıxış edən Çimayev 84 kq-dək çəki dərəcəsində çempion olub. Tərəflər arasında döyüş beş raund davam edib. Hakimlərin yekdil qərarı ilə (50-44, 50-44, 50-44) Çimayev qalib gəlib. Ümumilikdə, 31 yaşlı Çimayev MMA karyerası ərzində 15 döyüş keçirib və hamısında qalib gəlib. O, 2020-ci ildən UFC-də mübarizə aparır.
Oxunub: 111
Xəbəri paylaş
Paylaş: