Azərbaycan Premyer Liqası: Mövsümün ilk oyununda heç-heçə qeydə alındı
Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümü start götürüb. Mediaxeberleri.Az xəbər verir ki, bu mövsüm əvvəlki illərdən fərqli olaraq çempionatda daha çox - 12 komanda iştirak edəcək. Uzun fasilədən sonra "Karvan-Yevlax" və "İmişli" elitada yarışacaq. 12 komanda iştirak edəcəyindən yarış 3 dövrədən və 33 turdan ibarət olacaq. 1-ci turun ilk oyun günündə 1 matç keçirilib. 1-ci liqadan elitaya yüksələn 2 komanda üz-üzə gəlib. "Qəbələ" səfərdə "Karvan"la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb. Misli Premyer Liqası 1-ci dövrə, 1-ci tur 15 avqust (cümə) 17:00. “Karvan” – “Qəbələ” - 1:1 Qollar: Domi Massumo, 54 (0:1), Murad Musayev, 78 - avtoqol (1:1) 16 avqust (şənbə) 17:00. “İmişli” – “Turan Tovuz” 20:00. “Neftçi” – “Şamaxı” 17 avqust (bazar) 20:30. “Sumqayıt” – “Kəpəz” 19 avqust (çərşənbə axşamı) 20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Şamaxı şəhər stadionu
Şamaxı şəhər stadionu
“Neftçi Arena”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Zirə İdman Kompleksinin stadionu