Onlara Qarabağ iqtisadi rayonunda yayım üçün lisenziya verildi
Azərbaycan Beynəlxalq Radiosuna Qarabağda yayım üçün lisenziya verilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Audiovizual Şuranın növbədənkənar iclasında qərar qəbul edilib. Bildirilib ki, Audiovizual Şura Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərar qəbul olunub.
 
 
Oxunub: 365
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















