"Sabah" Konfrans Liqasında mübarizəni dayandırdı
Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Sabah" da mərhələnin cavab matçına çıxıb. Valdas Dambrauskasın komandası Bakıda "Levski"ni qəbul edib. Görüş Masazır təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandalar arasında Bolqarıstanda keçirlən ilk görüşdə "Levski" 90+8-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. Bununla da "Sabah" hazırkı mövsümdə avrokuboklardakı mübarizəsini dayandırıb. 14 avqust UEFA Konfrans Liqası 20:00. “Sabah” (Azərbaycan) - “Levski” (Bolqarıstan) - 0:2 Qollar: Kirilov, 40; Sula, 87 İlk oyun - 0:1
3-cü təsnifat mərhələsinin cavab oyunları
Baş hakim: Nikolay Balakin (Ukrayna)
Masazır. "Bank Respublika Arena"