"Qarabağ" darmadağınla pley-offda!
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçına çıxıb. Qurban Qurbanovun komandası Bakıda "Şkendiya"nı qəbul edib. Görüşü niderlandlı tanınmış referi Denni Makkeli idarə edib. Matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, bu qələbə sayəsində “Qarabağ” tarixində 4-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi daha əvvəl 2017/18, 2022/23 və 2024/25 mövsümlərində də ÇL-də “pley-off”da oynamışdı. Eyni zamanda bugünkü qələbə ilə Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsini təmin edib. "Pley-off"da "Qarabağ"ın rəqibi "Ferensvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün (ilk oyun 0:0) qalibi olacaq. Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq. 12 avqust UEFA Çempionlar Liqası 3-cü mərhələ, cavab oyunu 20:00. “Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 5:1 Qollar: Tamba, 10 (0:1), Keyk, 16 - avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) - pen; Leandro Andrade, 59 (5:1) İlk oyun - 1:0 Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu