Zəngəzur dəhlizi 10 noyabr bəyanatında var - Akopyan
Zəngəzur dəhlizinin açılması 10 noyabr tarixli bəyanatda razılaşdırılıb. Mediaxeberleri.Az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi, general Movses Akopyan deyib. O bildirib ki, Türkiyə və Azərbaycanın Ermənistanın dəhlizin açılmasına sadiqliyi ilə bağlı bəyanatları təsadüfi deyil: “Ankara və Bakıdan gələn mesajlar 10 noyabr tarixli bəyanata əsaslanır. 10 noyabr bəyanatı ağ-qara rəngdə yazılıb, siyasətlə məşğul olan hər kəs onu oxumalı və bu məqamların nəyə gətirib çıxaracağını başa düşməlidir”. Ermənistanın Qarabağı yenidən işğal etmə ehtimalına gəlincə, general vurğulayıb ki, o xəyallarla yaşamır. Akopyan Qarabağ məsələsinin artıq həll olunduğunu da qeyd edib.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: