UEFA Çempionlar Liqası: III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarında 10 görüş keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" doğma meydanda səfərdə 1:0 hesabı ilə qalib gəldiyi "Şkendiya"nı qəbul edəcək. Digər görüşlərdə isə "Kopenhagen" klubu "Malmö"nü, "Fənərbağça" "Feyenoord"u, "Pafos" "Dinamo Kiyev"i, "Viktoriya Plzen" klubu "Reyncers"i, "Brügge" klubu "Zalsburq"u, "Ferenstvaroş" "Ludoqorets"i, "Slovan Bratislava" "Kayrat"ı, "Benfika" klubu "Nitsa"nı, "Srvena Zvezda" isə "Lex Poznan"ı qəbul edəcək. 12 avqust UEFA Çempionlar Liqası III təsnifat mərhələsi - cavab oyunları Saat 20:00, "Qarabağ" - "Şkendiya"; Saat 21:00, "Kopenhagen" - "Malmö"; Saat 21:00, "Fənərbağça" - "Feyenoord"; Saat 21:00, "Pafos" - "Dinamo Kiyev"; Saat 21:00, "Plzen" - "Reyncers"; Saat 21:30, "Brügge" - "Zalsburq" Saat 22:15, "Ferenstvaroş" - "Ludoqorets"; Saat 22:15, "Slovan Bratislava" - "Kayrat"; Saat 23:00, "Benfika" - "Nitsa"; Saat 23:00, "Srvena Zvezda" - "Lex Poznan".