Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Tehrana gedir
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də axşam saatlarında İranın paytaxtı Tehran şəhərinə səfər edəcək. “Report” xəbər verir ki, bu barədə “Nour News” portalı məlumat yayıb. Bildirilib ki, X.Xələfov İranın bir sıra yüksək rütbəli rəsmiləri ilə görüşməyi və onlarla regiondakı vəziyyəti müzakirə etməyi planlaşdırır. Onun kiminlə görüşəcəyi açıqlanmayıb. Qeyd olunur ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Tehranda səfərdədir. Səfər zamanı o, artıq iranlı həmkarı Əli Əkbər Əhmədiyan, həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkə Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: