Emrelinin oynadığı matçda "Kayzerslautern" qələbə qazandı
Azərbaycan millisinin üzvü Mahir Emreli şərəfini qoruduğu "Kayzerslautern"in heyətində növbəti oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, "Kayzerslautern" 2-ci Bundesliqada öz meydanında "Şalke"ni qəbul edib. Futbolçumuz meydançaya start heyətdə çıxıb və 72-ci dəqiqədə millimizin üzvü oyunda sarı vərəqə alıb. Qarşılaşma isə "Kayzerslautern"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda komanda üç xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Oxunub: 125
Xəbəri paylaş
Paylaş: