"Qarabağ"ın rəqibi Bakıya darmadağınla gəlir
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya Liqasında ilk turun qarşılaşmasını keçirib. Mediaxeberleri.Az xəbər verir ki, öz meydanında "Şkupi" ilə qarşılaşan “Şkendiya” 5-1 hesabı ilə qalib gəlib. “Şkupi” görüşün böyük hissəsini azlıqda keçirib. Qeyd edək ki, "Qarabağ" "Şkendiya" ilə ilk matçında 1:0 hesablı səfər qələbəsi qazanıb. Cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: