Əməkdar rəssam Rəis Rəsulovun son durumu açıqlanıb
Əməkdar rəssam Rəis Rəsulov (Rais Rəsulzadə) sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib. KTM-dən “Report”a verilən məlumata görə, Rais Rəsulzadə lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb. Hazırda onun vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub. Qeyd edək ki, R.Rəsulov Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: