Ermənistan Roma Statutunu qəbul etdi
Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Roma Statutu parlamentin bu gün keçirilən iclasında qəbul olunub. Səsvermə zamanı 62 deputat bunun lehinə səs verib. “Ermənistan” və “Şərəfim var” fraksiyalarının üzvləri səsvermədə iştirak etməyiblər. Qeyd edək ki, Roma Statutunun Ermənistan parlamentinə təqdim edilməsi Rusiyanın böyük narazılığına səbəb olmuşdu.
Oxunub: 288
Xəbəri paylaş
Paylaş: