UEFA Konfrans Liqası: III təsnifat mərhələsinin görüşləri keçiriləcək
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu mərhələdə 29 qarşılaşma baş tutacaq. Avropanın müxtəlif klubları növbəti mərhələyə yüksəlmək uğrunda mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, təmsilçimiz "Araz-Naxçıvan" və "Sabah"la yanaşı, Türkiyənin "Beşiktaş" və "Başakşəhər" klubları da bu turda mübarizə aparırlar. 7 avqust UEFA Konfrans Liqası, III təsnifat mərhələsi Saat 20:00, "Araz-Naxçıvan" - "Omoniya"; Saat 20:00, "Aris" - AEK; Saat 20:00, "Kauno Jalgiris" - "Arda"; Saat 20:00, "Milsami" - "Virtus"; Saat 20:00, "Rozenborq" - "Hammarbü"; Saat 20:30, "Banik Ostrava" - "Avstriya"; Saat 21:00, AİK - "Dyör"; Saat 21:00, "Riqa" - "Beytar"; Saat 21:00, "Silkeborq" - "Yagelloniya"; Saat 21:00, "Vikinq" - "Başakşəhər"; Saat 22:00, "Polessya" - "Pakş"; Saat 22:00, "Sparta Praqa" - "Ararat"; Saat 22:00, "Vikinqur" - "Linfild"; Saat 22:00, "Levski" - "Sabah"; Saat 22:00, "Olimpiya" - "Eqnatia"; Saat 22:00, "Differdanj" - "Levadia"; Saat 22:00, "AZ Alkmaar" - "Vaduts"; Saat 22:00, "Anderlext" - "Şerif"; Saat 22:15, "Lozanna" - "Astana"; Saat 22:30, "Ballkani" - "Şemrok Rovers"; Saat 22:30, "Krayova" - "Trnava"; Saat 22:30, "Luqano" - "Selye"; Saat 22:45, "Vikinqur Reykyavik" - "Bröndbü"; Saat 22:45; "Sent Patriks" - "Beşiktaş"; Saat 23:00, "Hayduk Split" - "Dinamo Tirana"; Saat 23:00, "Partizan" - "Hibernian"; Saat 23:00, "Rakuv" - "Makkabi Hayfa". Saat 23:00, "Larn" - "Santa Klara"; Saat 23:00, "Rapid" - "Dandi Yunayted".