Maşın təkərini yola yuvarlayan şəxslərlə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB
Maşın təkərini yüksəklikdən buraxaraq, yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaradan şəxslər barədə araşdırma başladılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Zeyni Hüseynov məlumat verib. Bildirilib ki, qurum yayılan görüntülərdən məlumatlıdır: “Araşdırma aparılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. 01:00 Bakıda yeniyetmələrin “oyunu” sosial şəbəkələrdə gündəm olub. Paylaşılan görüntülərdə yeniyetmələrin maşın təkərini yüksəklikdən buraxaraq, yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratdığı an əks olunub. Videodan yeniyetmələrin bu vəziyyəti “oyuna” çevirərək güldükləri də məlum olur. Qeyd edək ki, xoşbəxtlikdən sözügedən hadisə nəticəsində xəsarət alan olmayıb. https://t.me/oxuaze/65379