Binəqədidə su borusu partlayıb: Bir aya yaxındır içməli su küçəyə axır - VİDEO
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, Gürsulu küçəsində su borusu partlayıb. Mediaxeberleri.Az Xəzər TV-yə istinadən məlumat verir ki, içməli su 22 gündür küçəyə, ətrafdakı həyətlərə və yaşayış evlərinə axır. Sakinlər bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib. Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi Fərdi Ağamalıyev bildirib ki, sabah sözügedən ərazidə tədbirlər görüləcək. Ətraflı süjetdə:
Oxunub: 79
Xəbəri paylaş
Paylaş: