Ayaq ağrısı hansı xəstəliklərin əlamətidir?
Ayaq ağrısı fiziki səbəblərlə bağlı ən geniş yayılmış şikayətlərdəndir. Uyğun olmayan ayaqqabı geyinmək, uzun müddət ayaqüstə qalmaq, piyada gəzmək və qaçış, burxulma, travmalar və müxtəlif ortopedik problemlər ayaq ağrısına səbəb ola bilər. Ən çox topuq, ayaq altı, baş barmaq və bilək bölgəsində ağrılar müşahidə olunur. Ağrılar artrit, diabet, gut kimi xəstəliklərin əlaməti də ola bilər. Mediaxeberleri.Az bildirir ki, müalicə üçün istirahət, soyuq kompres, uyğun ayaqqabı istifadəsi, masaj, vitamin dəstəyi və lazım olduqda tibbi müayinə tövsiyə olunur. Epsom duzu ilə ayaq vannası, zəncəfil çayı və nanə yağı ilə masaj kimi təbii üsullar da ağrının azaldılmasında faydalı ola bilər. Ayaq ağrısı davamlı olarsa, ortopediya və travmatologiya mütəxəssisinə müraciət edilməlidir. Qeyd: Ayaqqabınızı düzgün seçin, ayaqlarınızı istirahət etdirin, lazım gələrsə buz tətbiq edin və mümkün qədər erkən həkimə müraciət edin.