Xankəndidə Rusiya-Azərbaycan birgə patruluna snayper silahından atəş açıldı
Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, atəşkəs rejiminin bir halda pozulması qeydə alınıb. Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patruluna snayper silahından atəş açıb. Ölən və yaralanan olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi ilə birlikdə bu faktla bağlı araşdırma aparır.
Oxunub: 430
Xəbəri paylaş
Paylaş: