Nazir Məmmədov və Zalıyevi işdən çıxartdı
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Ağasən oğlu Məmmədov vəzifəsindən azad edilərək Fondun icraçı direktoru, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Fuad Ceyhun oğlu Zalıyev isə vəzifəsindən azad edilərək həmin Filialın direktoru təyin ediliblər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsinə isə Aqşin Yusif oğlu Əlizadə təyin olunub. O, hazırkı vəzifəsinə qədər Nazirliyin tabeliyində DOST Agentliyinin Daxili nəzarət və audit departamentinin müdir müavini işləyib.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: