Qalmaqallı xəstəxana direktoru işdən çıxarıldı
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Ruzvay oğlu Yahyayev işdən çıxarılıb. Mediaxeberleri.Az Unikal.az-a istinadən xəbər verir ki, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurovaya həvalə edilib. Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb. O, bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi. Qeyd edək ki, R.Yahyayevin adı son vaxtlar qalmaqallarda hallanırdı. O, ötən ilin fevralında bir qrup şəxs tərəfindən döyülüb.
Oxunub: 99
Xəbəri paylaş
Paylaş: