Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
  • Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
  • Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
  • TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
  • 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
  • Zərdüşt Əlizadənin bacısı vəfat etdi
  • “Neftçi” liderliyə yüksəldi
  • Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
  • Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
  • "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
  • 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
  • Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
  • “Qalatasaray” vitse-prezidenti istefa verdi
  • Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
  • DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
  • Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
  • Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
  • Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
  • Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
  • Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Oğlu Rusiyada 14 il həbs olunan, özü 14 milyon manat yeyinti edən “SOS” MMC-nin rəhbəri ANAR MƏMMƏDOV KİMDİR? - FOTO

  • Tarix: 20-05-2025, 23:27

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova may ayının 6-da bəzi ölkələrin vətəndaşları ilə bağlı beynəlxalq axtarış aparılması ilə əlaqədar müraciət edildiyi barədə məlumat verdi. Məlumatda qeyd edilir ki, axtarışın səbəbi bu ölkələrin vətəndaşları arasında Ukrayna ordusunda Rusiyaya qarşı muzdlu şəkildə döyüşənlər var.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə APA informasiya agentliyi də məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Azərbaycan, Belçika və İsveçdən olan muzdlular barədə hökm çıxarıb. Belə ki, müvafiq olaraq Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist "müharibə və digər cinayətlər törətməkdə ittiham olunaraq" 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məsələnin Azərbaycan vətəndaşı ilə bağlı hissəsini daha detallı araşdırmaq istədikdə isə bir sıra yeni məlumatlar əldə edə bildik. Belə ki, araşdırmalarımız nəticəsində məlum oldu ki, Həsən Anar oğlu Məmmədov Azərbaycanın iri mühafizə şirkətlərindən biri – “SOS” MMC-nin rəhbəri Anar Həsən oğlu Məmmədovun övladıdır. Mövzuya aydınlıq gətirmək üçün Anar Məmmədovla əlaqə saxladıq. Cəmiyyətin rəhbəri ona ünvanladığımız ilk sualı eşidən kimi telefonu üzümüzə bağladı, nömrəmizi blok siyahısına atdı. Şirkətin öz nömrəsi ilə əlaqə saxladığımız zaman özümüz sorğu-suala tutulduq – “niyə soruşursuz, nədir sizi maraqlandıran, niyə bu mövuzunu gündəm etməyə çalışırsız?” və s. Şirkətin əlaqə telefonu ilə danışan şəxs də özünü təqdim etmədən telefonu söndürdü. Bir neçə dəqiqə sonra Anar Məmmədov medianın əvvəllər həbs olunmuş tanınmış üzvlərindən birinə şikayət edib ki, onunla bağlı araşdırmanı niyə başlatmışıq, “Anar müəllim”in oğlu bir patriot kimi Ukraynada döyüşüb.

Maraqlısı odur ki, Anar Məmmədovun oğlu ilə bağlı axtarış başlatdığımız zaman onun Ukraynada döyüşdüyü anların fotolarına rast gələ bilirik. Belə ki, bir neçə Anar Məmmədovla əməkdaşlıq edən media subyekti Həsən Məmmədovun Polşada təhsilini yarımçıq qoyub Ukraynada döyüşlərə qatıldığını eyni anda paylaşıb. Üstəlik, xəbərin içərisini oxuduqda görürük ki, “Qarabağda könüllü döyüşmək üçün müraciət etsə də, qəbul etməyiblər” cümləsinə rast gəlinir. Çox yaxşı siyasətdir. Çünki bilirlər ki, Səfərbərlik Xidmətindən müraciət edən vətəndaşlarla bağlı qeydiyyatda Həsən Məmmədovun adının olub–olmadığını mediaya ötürməyəcəklər. Qarabağda döyüşməyə can atmayan şəxs Polşadan Ukraynaya “patriotizm” arzusu ilə qaçaraq gedib.

Anar Məmmədovun oğlu ilə bağlı məlumatları araşdırdığımız müddətdə “SOS” MMC ilə bağlı digər qanunazidd əməllərə də rast gəldik. Belə ki, Anar Məmmədov Cəmiyyəti özünün ailə, qohum-əqrəba şirkətinə çevirib. Öz həyat yoldaşı Sevinc Məmmədovanı (həm də Anar Məmmədovun qrup yoldaşı olub) özünün köməkçisi təyin edib, qardaşı Yalçın Məmmədov isə Xidmətə Nəzarətin Təşkili şöbəsində böyük müfəttiş vəzifəsindədir. Digər yüksək vəzifələri isə, ya onun ikinci dərəcəli qohumları, dostları, ya da sinif, qrup yoldaşları zəbt edir. Bu adamların isə mühafizə qaydaları, şirkət idarəetməsindən ümumiyyətlə anlayışları yoxdur. Amma hər biri sıravi işçilərin iş rejimini istədikləri kimi dəyişdirir, işlərinə müdaxilələr edir, kimdən gözləri su içməsə, işdən qovurlar.

İndiyə qədər işdən qovulan onlarla keçmiş işçi şirkəti məhkəməyə verib. İstər əmək münasibətlərinin qaydasında olmaması, istərsə də maaşlara əlavə və bonusların düzgün ödənməməsi, yaxud ümumiyyətlə mənimsənilməsi ilə bağlı şirkətdən şikayətlərin sayı artıb.

Elçin Muradov da mühafizə şirkətindən şikayət edən və müəssisənin keçmiş mühafizəçilərindən biridir. Saytımıza şikayətində keçmiş mühafizəçi bildirib ki, Anar Məmmədov 4 il ərzində qanunlara riayət etməyi tələb etdiyi üçün ona qərəzli münasibət göstərməyə başlayıbmış:

“Mən ondan Prezidentin verdiyi qərarlara riayət etməsini tələb edirdim. Əmək Məcəlləsinin 164 və 165-ci maddələri o şirkətdə hər gün pozulur. Onun qardaşı, əmisi oğlu, digər qohumları, dostları yüksək vəzifələrdədir, kimi komanda rəisi, ya da rəis müavinləridir. Bir faktı da deyim. Anar Məmmədov əvvəllər korrupsiya əməlinə görə həbs olunan Cahangir Həsənovu da öz yanında işə götürüb (Naxçıvan Muxtar Respublikasının Ordubad rayon hərbi komissarı polkovnik-leytenant Cahangir Həsənovu qeyd edir). Komanda rəis müavinliyi vəzifəsinə təyin edib. Həmçinin öz oğlunun ətrafındakıları da vəzifəyə qoyub”.


Elçin Muradov deyir ki, Anar Məmmədov Prezident İlham Əliyevin əhalinin rifah səviyyəsinin artırılması üçün atdığı addımlar, əməkhaqqı artımları ilə əlaqədar verdiyi qərarları nəzərə almırdı:

“Prezident əhalinin yaşayış şərtlərinin yüksəldilməsi haqqında qanun imzalayır, Anar Məmmədov işçilərin maaşının artırılması ilə bağlı sənəddə bunu qeyd etmirdi. Sanki maaşı özü artırıb, işçilərə lütf kimi təqdim edirdi. Özünə bu barədə xəbərdarlıq etmişdim. Demişdim ki, sənəddə  Cənab Prezidentin adı qeyd edilməlidir, işçilər onun əmək siyasətindən xəbərdar olmalıdır. Amma Anar Məmmədov isə “baxarıq, biz özəl şirkətik, biz MMC-yik, bu daxili sənəddir, bizə heç kim heç nə deyə bilməz” cavabını verirdi”.

Keçmiş mühafizəçi Anar Məmmədovun qanunsuz hərəkətləri ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etdiyini də vurğulayıb:

“Mən şikayət elədim ki, bu şəxs işçiləri bayram günlərində də işlədib, amma Əmək Məcəlləsinin 164-cü maddəsinə zidd davranaraq işçilərin bayram günlərində işə çıxmalarına görə ödənişlərini vermir. Hətta mənim Əmək kitabçamı 1 aydır ki, özündə saxlayır, heç bir xəbərdarlıq etmədən, heç bir məlumat göndərmədən. Bu bir yana, şikayətim üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti Anar Məmmədovdan bayramda işə çıxmağa görə işçilərə ödənməli olan məbləğlərin sənədini istəyib. Amma Anar Məmmədov bu sənədi belə uzun müddətdir ki, Xidmətə göndərmir. Bizim müəssisəyə vaxtaşırı yoxlama gəlirdi, işçilərin fəaliyyətini yoxlamaq üçün. Onlar biz mühafizəçilərin qanuni nahar fasiləsinə mane olurdu. Qaydaya görə biz saat 14:00-15:00 aralığında nahar fasiləsinə çıxmalıydıq. Yoxlamadan gələn nümayəndə deyirdi ki, siz obyekt mühafizə edirsiz, 15 dəqiqə ərzində naharı bitirib işinizə qayıtmalısız. Mən isə bütün bu qanunsuzluqlara görə Anar Məmmədovdan hüquqlarımı tələb etdiyimə görə məni işdən çıxartdı. Mənə dedi ki, sən “demoqoqsan”. Ona sərf eləmirdi mənim kimi adamlar. Ona görə hüququn tələb edən hər kəsi işdən azad edirdi”.

Elçin Muradov Anar Məmmədovun oğlunun Ukraynada döyüşməsi ilə bağlı da münasibət bildirib:


“Mən aprel ayından bir çox məlumatlar almışam. Həsən Məmmədov Ukraynada xarici legionun tərkibində döyüşür. Çünki o, Azərbaycan vətəndaşıdır. Bəli, Ukrayna orusunda döyüşən Ukrayna vətəndaşı olan Azərbaycan əsilli şəxslər də var. Qanuna görə əgər tələbat yaranarsa, o zaman Ukrayna vətəndaşı olan bütün xarici əsilli şəxslər də döyüşə getməlidir. Amma Həsən Məmmədov “Soros” Fondunun maliyyələşdirdiyi xarici legionda, belçikalı ilə, fransızla, erməni ilə çiyin-çiyinə döyüşür. Bu adamlar muzdlu döyüşçülərdir, bir növ terrorçulardır”.

O qeyd edib ki, ailə mafiasına çevrilən şirkətdə külli miqdarda yeyinti var:

“Mən sizə sənədlərlə sübut edə bilərəm ki, həmin şirkət 13 milyon 824 min manatı 8 ay ərzində necə yeyib?! Bütün hesablamalar və sübutlar məndə var. “SOS”un nümayəndəsi jurnalistlər önündə mənlə üz-üzə diskusiyaya çıxsın, mən sualımı verim, cavablaya bilir-bilsin.

Şirkətdə bonus sistemi var idi. Guya yaxşı işləyən işçilərə 68 manat aylıq bonus yazılırdı. Amma o “yaxşı işçilər”in hamısı Anar Məmmədovun qohum əqrəbası idi. Bir nəfər də olsun, ailə mafiasından kənar adam o bonusdan almayıb. Üstəlik, həmin verilən bonuslar ki var, bu, heç bonus da deyildi. Əslində Cənab Prezidentin 2023-cü ildə minimum əməkhaqqı artımı ilə bağlı sərəncamından sonra şirkətimizdə də maaşlar artırılmalı idi. Anar Məmmədov isə 8 ay ərzində maaşlarımıza edilən artımları yeyib, daha sonra onu öz ətrafında aylıq 68 manat bonus kimi verib. Mən bunu sübut da edə bilərəm. Maaşlar yanvar ayında artırıldı, bonuslar isə 2023-cü ilin dekabr ayından sonra verildi”.

“SOS” MMC və onun rəhbərliyi ilə bağlı araşdırma apararkən qeyri-adi faktlara rast gəldik. Belə ki, Anar Məmmədov bir çox dövlət qurumu kimi özəl günlərdə, matəm və bayram günlərində şirkətin mühafizəçilərinə uniforma geyindirib hər dəfə hansısa abidəni ziyarətə gedir (həmin günlərdə iş olmadığı halda işlədib ödəniş də etmirmiş). 8 Mart Beynəlxalq Qadınlar Günündə, 27 Sentyabr Şəhidləri Anma günündə şəhid ailələri ilə görüşlər təşkil edir, onlara gül və digər hədiyyələr verirmiş. Belə günlərdən birində Anar Məmmədov restoranlardan birində şəhid ailələri üçün ziyafət təşkil edir və həmin ziyafətin sonuna yaxın ortalığa bir rəqqasə (rəqqasə geyimində) düşüb oynayıb. Bunu görən şəhid ailələri restoranı tərk edib. Anar Məmmədov isə rəqqasənin restoranın konseptinə daxil olduğunu deyərək üzrxahlıq edib. “SOS” MMC rəhbərinin isə internetdə yalnız hansısa abidə önünə əklil qoyarkən fotolarını görmək mümkündür. Arxa fonda 14 milyona yaxın yeyinti etdiyi iddia edilən, Prezident İlham Əliyevin sərəncamlarını, ölkə qanunlarını heçə sayan, işçilərə qarşı qanunsuz əməlləri olan, şirkəti ailə mafiasına çevirən şəxs, görünür, öz əməllərinə haranısa ziyarət edərək don geyindirməyə çalışır.

Könül


Oxunub: 1 024
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:01 | KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
    Dünən, 21:51 | Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
    Dünən, 21:45 | Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
    Dünən, 20:31 | TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
    Dünən, 18:18 | 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
    Dünən, 18:01 | Zərdüşt Əlizadənin bacısı vəfat etdi
    Dünən, 17:56 | “Neftçi” liderliyə yüksəldi
    Dünən, 16:23 | Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
    Dünən, 16:22 | Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
    Dünən, 16:21 | "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
    Dünən, 16:20 | 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
    Dünən, 16:19 | Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
    Dünən, 16:17 | “Qalatasaray” vitse-prezidenti istefa verdi
    Dünən, 16:15 | Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
    Dünən, 16:03 | DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
    Dünən, 15:54 | Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
    Dünən, 14:10 | Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
    Dünən, 14:03 | Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
    Dünən, 14:01 | Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
    Dünən, 12:53 | Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
    Dünən, 12:45 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:36 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:35 | Qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi hər zaman böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur
    Dünən, 12:20 | Azərbaycanda bəzi kolleclər ləğv olunur? - Foto
    Dünən, 12:19 | Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
    Dünən, 12:10 | Göygöldə qəzada dörd nəfər xəsarət aldı
    Dünən, 12:01 | VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    Dünən, 11:44 | Yer kürəsində qəfil maqnit qasırğası başladı
    Dünən, 11:21 | “Neftçi” “Şamaxı” sınağında
    Dünən, 11:00 | Salyanda ağır qəza: ölənlər var
    Dünən, 10:59 | Ukrayna daha bir neft emalı zavodunu vurdu
    Dünən, 10:33 | Soğan niyə bahadır? - VİDEO
    Dünən, 10:32 | Almaniyada etiraz aksiyalarına 100 mindən çox insan qatılıb
    Dünən, 10:31 | Türkiyə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə mindi
    Dünən, 10:29 | Bakıda kombinatda yanğın baş verdi - Video
    Dünən, 09:33 | Ermənistanda hərbçinin meyiti tapıldı
    Dünən, 09:23 | Bu gün hava necə olacaq?
    Dünən, 09:15 | Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
    Dünən, 09:12 | Payız xəstəliklərindən qorunmaq üçün nələr edilməlidir?
    Dünən, 09:08 | “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
    Dünən, 09:01 | Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi
    Dünən, 08:57 | Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu
    Dünən, 08:54 | Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır - Foto
    Dünən, 08:52 | Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı - Video
    31-10-2026, 19:20 | "Qarabağ" və "Zirə" xal itirdi
    31-10-2026, 16:24 | Türkiyədə zəlzələ oldu
    31-10-2026, 15:47 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    31-10-2026, 15:43 | FHN zavodda təlim keçirdi - Video
    31-10-2026, 15:38 | "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
    31-10-2026, 15:34 | Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.