Mediaxeberleri.az
    
  • Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
    Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
  • 
  • İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
  • 
  • Qələbənin diplomatiyaya çevrilən gücü
    Qələbənin diplomatiyaya çevrilən gücü
  • 
  • Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
    Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
  • 
  • Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
    Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
  • 
  • Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
    Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
  • 
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • 
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • 
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • 
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?

Son xəbərlər :
  • Firuzə İbadova xəstəxanaya yerləşdirildi
  • Baku Medical Plaza ilə bağlı YENİ QƏRAR
  • Bakıda çörək sexində nöqsanlar aşkarlandı - Video
  • Özəl bağçalara uşaqların qeydiyyatı başlayır - Video
  • İcra başçısının vətəndaşlarla keçirilən səyyar görüşü rayonun Qaçaq Kərəm kəndində olub
  • Sabah yağış yağacaq
  • Orta aylıq əməkhaqqı artdı
  • Zaur Rzayev xəstəxanaya yerləşdirilib - Vəziyyəti necədir? - YENİLƏNİB
  • Rusiya bir gecədə bu qədər PUA vurdu
  • ÇL-in oyununda məşhur futbolçunun halı pisləşdi - Video
  • Ukrayna Novorossiyskə dron hücumu edib: 4 nəfər ölüb, 29 nəfər yaralanıb
  • Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır
  • "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO
  • Çempionlar Liqasında daha 6 oyun
  • Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Həlak olanların adları bilindi - FOTO
  • Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
  • Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
  • Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
  • ÇL-də gecənin nəticələri
  • Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“ONLARIN ƏRAZİLƏRİMİZDƏN QANSIZ-QADASIZ GETMƏSİ ƏLA PROSESDİR” - “Azərbaycan və Türkiyə bu tarixi fürsəti gözəl dəyərləndirdi”

  • Tarix: 28-09-2023, 08:36

Xaləddin İbrahimli: “Bütün işlər görüldükdən sonra rus əsgərləri gül-çiçəklə Qarabağdan yola salınacaq”

“Soçi görüşü və digər diplomatik danışıqlar da Putini indi baş verənlərə hazırlamağa hesablanmışdı”


Türkiyənin müxtəlif universitetlərində dərs deyən, tarixçi professor Xaləddin İbrahimli “AzPolitika.info”ya müsahibəsində Azərbaycan Ordusunun 19 sentyabrda Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı, ona aparan səbəblər və əməliyyatın nəticələri, regionda bundan sonrakı proseslərin inkişaf perspektivləri barədə sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:


- Azərbaycanın 19 sentyabrda Qarabağda həyata keçirdiyi antiterror əməliyyatını necə qiymətləndirirsiniz? Xatırlayırsınızsa, əməliyyat ərəfəsində rəsmi Bakıya Qərbdən ciddi təzyiq vardı, buna baxmayaraq, qəti addımlar atıldı…

- Bölgədə antiterror əməliyyatları aparmaq Azərbaycanın haqqı idi. Heç bir dövlət öz ərazisində qanundankənar hərbi birliklərin mövcudluğunu istəməz. Çünkü bu, həmin dövlətin təhlükəsizliyi üçün ən böyük təhdid sayılır. Fikrimcə, antiterror əməliyatı aparmaq üçün gözəl fürsət yetişdi və Azərbaycan dövləti, Türkəyinin də tövsiyyəsi və dəstəyi ilə bu tarixi fürsəti dəyərləndirərək çox sürətli bir əməliyyat həyata keçirdi. Əməliyyatın qısa müddətli və effektli olması onun göstərir ki, Azərbaycan bu prosesə öncədən ciddi hazırlıq görmüşdü.

- Rusiya Azərbaycana niyə mane ola bilmədi? Rusiyanın neytrallaşdırılmasında və Qərbin təzyiqlərinin qarşısının alınmasında Türkiyənin rolunu necə qiymətləndirirsiniz?

- Rusiyanın Azərbaycana mane olmamasının səbəblərindən biri Ermənistanda baş verən proseslərdir. Rusiya çoxdan bilirdi ki, Paşinyan Ermənistanın xarici siyasət vektorunu dəyişdirir. 44 günlük savaşın nəticəsi olaraq Paşinyan devrilmədi, əksinə, cəsarətli addım ataraq seçkilərə getdi və iqtidarını daha legitim hala gətirdi. Bu, Rusiyaya ağır bir zərbə idi. Rusiya digər bir zərbəni ABŞ-ın Ermənistanla hərbi təlimlər keçirməsi ilə aldı. Putin Ermənistanı itirmək qorxusu ilə baş-başa qaldı və buna görə də Qarabağa nəzarəti əsasən itirmək bahasına başa gəlsə də Azərbaycanın bölgədə antiterror əməliyatı aparmasına etiraz etmədi. Oradakı rus əsgəri güclərinə də prosesə müdaxilə etməmək əmri verildi. Obrazlı desək, şahı qorumaq üçün vəziri qurban vermək taktikasını seçdi. Ermənistan bölgədə Rusiyanın öz imperiya maraqlarını həyata keçirməsi üçün təməl silahıdır. Ermənistan yoxdursa, Rusya Qafqazda yoxdur. O, başqa region dövlətlərini məhz Ermənistandan istifadə edərək nəzarətində saxlamağa çalışır.

Azərbaycan və Türkiyə yaranan bu fürsəti gözəl dəyərləndirdilər və qısa müddətli əməliyyatla məsələni əsasən həll etdilər. Bundan əvvəki Soçi görüşü və digər diplomatik danışıqlar da Putini indi baş verənlərə hazırlamağa, başqa dövlətlərin prosesə müdaxilə etməmələrinə hesablanmışdı.



- Azərbaycan Prezidenti Qarabağda dövlət suverenliyinin tam bərpa olunduğunu bəyan etdi. Bundan sonra Qarabağda hansı proseslər gedəcək, Bakının ciddi maneələrlə üzləşəcəyini gözləyirsizmi?

- İndi Azərbaycanın bütün ərazilərində suverenliyin təmin olunduğunu demək olar. Bəs qarşıda nələr ola bilər?

Birincisi, ermənilər bölgədən kütləvi şəkildə gedəcəklər, çünki çoxlarının əli qana batıb. Azərbaycan bu prosesə qətiyyən mane olmamalıdır, paralel olaraq, onların könüllü olaraq bölgəni tərk etdikləri barədə dünya ictimaiyyətini məlumatlandırmalıdır.

Bilməliyik ki, separatçı ermənilər Azərbaycan torpaqlarında basdırılmış uzaqdan idarə olunan minalardır. Onların “pultu” xarici güclərin əlindədir və həmin güclər istədikləri vaxt onlardan bizə qarşı istifadə edirlər. Odur ki, bu adamların ərazilərimizdən qansız-qadasız getməsi çox əla bir prosesdir.

ikincisi, Rusiya da artıq ermənilərin Qarabağdan getməsinə əngəl olmayacaq.İ Çünki Putin gedənlərin İrəvanda Paşinyanı devirəcəklərinə ümid edir, hər halda son ümidini itirməyib. Putin Qarabağa nəzarət imkanlarını əldən verməyə razılaşıb, indi Ermənistanı nəzarətdə saxlamaq üçün mücadilə aparır. Bunu bacarması isə çətin görünür.

Azərbaycan və Türkiyə həm təzyiq, məsələn, təzminat tələbi, həm də həvəsləndirmə - beynəlxalq layihələrə cəlb olunması yolu ilə Ermənistanla münasibətləri yaxşılaşdırmaq siyasəti yürüdəcək və Zəngəzur dəhlizinin açılmasına çalışacaq.

Bütün bu işlər görüldükdən sonra rus əsgərlərinin gül-çiçəklə Qarabağdan yola salınması başlayacaq. Bu barədə hələ ki, danışmağa lüzum yoxdur. Zatən ermənisiz bir ərazidə rus hərbçiləri niyə qalsın ki?! Amma onu da unutmaq olmaz ki, ruslar orada ilişib qalmaq üçün son ana qədər dirəniş göstərəcək, buna görə Xankəndidə beş-on yaşlı erməninin qalmasını təmin etməyə çalışacaqlar. Bu isə onların maksimum 2025-ci ildə qədər Qarabağda qalmasını təmin edə bilər.

Üçüncü məsələ isə erməni terrorçularının diversiyalarıdır. Bu məsələ ilə bağlı yəqin, dövlət gərəkən tədbirləri görür.

- ABŞ Dövlət Departamenti bəyan edib ki, ABŞ Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmağa çalışır. Hazırda bu məsələ ilə bağlı aktiv müzakirələr gedir. Bu, mümkündürmü və baş tutarsa, Azərbaycan üçün hansısa problemlər yarana bilərmi?

- Beynəlxalq missiya yaranana qədər bölgədə proseslər başa çatacaq və ABŞ-ın hansısa qurum yaratmasına ehtiyac qalmayacaq.

- Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı, Fransa, Almaniya liderlərinin iştirakı ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu müzakirələrdən nə gözləyirsiz? Bu il Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkündürmü?

- Rusya Qarabağa nəzarət inkanlarını əldən verib Ermənistanı əlində saxlamağa, Paşinyan da Qarabağla bağlı iddialarından əl çəkib Ermənistanı Rusyanın pəncəsindən çıxarmağa çalışır. Fikrimcə, o, hakimiyyətə gələndən bunu edir. Amma Paşinyan ABŞ Ermənistanda möhkəmlənənə qədər sülhün imzalanmasını ləngitmək istəyir. İndi durumu ağır olduğundan uğurlu bir sülh bağlaya bilməyəcəyini anlayır. Onun 4 istəyi var:

-ABŞ Ermənistanda əsaslı şəkildə möhkəmlənsin və ölkənin təhlükəsizliyi üçün qarant dursun;

-Xankəndi və ətrafında az da olsa erməni qalsın;

-Zəngəzur dəhlizinin açılmasına əngəl olsun;

-Savaş təzminatından canını qurtarsın.

E.Rüstəmli


Oxunub: 524
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:18 | Firuzə İbadova xəstəxanaya yerləşdirildi
    Bu gün, 18:16 | Baku Medical Plaza ilə bağlı YENİ QƏRAR
    Bu gün, 18:14 | Bakıda çörək sexində nöqsanlar aşkarlandı - Video
    Bu gün, 18:13 | Özəl bağçalara uşaqların qeydiyyatı başlayır - Video
    Bu gün, 17:50 | İcra başçısının vətəndaşlarla keçirilən səyyar görüşü rayonun Qaçaq Kərəm kəndində olub
    Bu gün, 12:51 | Sabah yağış yağacaq
    Bu gün, 12:49 | Orta aylıq əməkhaqqı artdı
    Bu gün, 12:47 | Zaur Rzayev xəstəxanaya yerləşdirilib - Vəziyyəti necədir? - YENİLƏNİB
    Bu gün, 12:44 | Rusiya bir gecədə bu qədər PUA vurdu
    Bu gün, 12:39 | ÇL-in oyununda məşhur futbolçunun halı pisləşdi - Video
    Bu gün, 10:51 | Ukrayna Novorossiyskə dron hücumu edib: 4 nəfər ölüb, 29 nəfər yaralanıb
    Bu gün, 10:49 | Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır
    Bu gün, 10:47 | "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO
    Bu gün, 10:34 | Çempionlar Liqasında daha 6 oyun
    Bu gün, 09:56 | Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Həlak olanların adları bilindi - FOTO
    Bu gün, 09:40 | Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
    Bu gün, 09:20 | Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
    Bu gün, 09:06 | Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
    Bu gün, 01:00 | ÇL-də gecənin nəticələri
    Dünən, 23:01 | Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
    Dünən, 22:59 | Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
    Dünən, 22:56 | Media hara gedir? – Azər Ayxan yazır
    Dünən, 22:52 | “Hypers” –“Ağstafa Gəncləri” matçından hazırlanmış videoicmal
    Dünən, 19:53 | 2-ci liqa: "Ağstafa Gəncləri" böyük hesabla məğlub olub, “Zəngəzur” qələbə qazanıb
    Dünən, 15:51 | İsinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi
    Dünən, 15:49 | "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
    Dünən, 15:24 | Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?
    Dünən, 15:20 | 1100-dən çox işçiyə ödənişli atalıq məzuniyyəti verildi
    Dünən, 15:14 | Ali Məhkəmədən onlayn kreditlərlə bağlı vacib açıqlama
    Dünən, 15:12 | İmtahanların modelində dəyişiklik olacaq?
    Dünən, 15:04 | Yağış nə vaxt kəsəcək? - Açıqlama
    Dünən, 15:02 | Sabiq icra başçısı vəfat etdi - Foto
    Dünən, 13:49 | Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlandı - FOTO
    Dünən, 13:46 | Süni intellekt dünya üçün təhlükədir - Türkdən xəbərdarlıq
    Dünən, 13:45 | Vahid Qazi xəstəliyindən danışdı: Göydə Anamın, yerdə yaxınların duaları mənimlədi!
    Dünən, 13:38 | “SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub
    Dünən, 13:36 | Rusiya Ukraynada sərnişin qatarını vurdu - Video
    Dünən, 13:30 | Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dünən, 13:26 | Nazir: Dərsliklərin dil qaydaları üzərində iş aparılır
    Dünən, 13:23 | “Qarabağ” azarkeşləri üçün məyusedici xəbər...
    Dünən, 13:21 | Bakıda daş karxanasında 26 yaşlı oğlan qəfil öldü
    Dünən, 13:18 | Sabah hava necə olacaq?
    Dünən, 13:17 | ÇL: Oyunlara hansı kanallarda baxaq?
    Dünən, 12:33 | Əli Əsədov onu vəzifədən azad etdi
    Dünən, 12:21 | PUA hücumu: Bakıya uçmalı olan təyyarə havaya qalxa bilmədi
    Dünən, 12:20 | Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Dünən, 12:03 | Pensiya ilə bağlı VACİB XƏBƏR
    Dünən, 12:00 | Məhərrəm Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edildi
    Dünən, 11:58 | Bu kolleclərin rəhbər heyətinə yeni təyinatlar olub
    Dünən, 11:23 | Mərhum Nigarı komaya salan Yaqub Əsədi apellyasiya şikayəti verdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.