Uçuşlar dayandırıldı
Rusiyanın Kazan və Nijnekamsk şəhər hava limanlarında hava gəmilərinin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub. Mediaxeberleri.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda "Rosaviasiya"nın rəsmi nümayəndəsi Artyom Korenyako məlumat yayıb. "Hava gəmilərinin ekipaj üzvləri, aviadispetçerlər və aeroport xidmətləri uçuşların təhlükəsizliyinin təmin olunması üçün lazımi ölçülər götürürlər - bu, başlıca prioritetdir", - o bildirib. Xatırladaq ki, bundan bir neçə gün əvvəl Rusiyanın Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk şəhər aeroportlarında təyyarələrin uçuş təhlükəsizliyi məqsədilə "Xalça" planı tətbiq olunmuşdu.
Oxunub: 87
Xəbəri paylaş
Paylaş: