Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • "Qarabağ" və "Zirə" xal itirdi
  • Türkiyədə zəlzələ oldu
  • Hər kəs Bakıda buna aşiq oldu - Venger
  • FHN zavodda təlim keçirdi - Video
  • "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
  • Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
  • Bağlanan banklara borcu olanlara xəbərdarlıq
  • Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
  • Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
  • Hər kəs Bakıda buna aşiq oldu - Venger
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - FOTO
  • Sabir Rüstəmxanlıdan məmurlara: Heydər Əliyev vaxt tapırdı, bəs siz? - VİDEO
  • İdman zalında "ölü damla" əməliyyatı: ABŞ-da Çin casusları necə ifşa olundu?
  • Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • Məmur "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
  • Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı - Foto
  • Xəzərdə yeni marşrut: Moskva–Bakı kruiz reysi açılır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏ ZİYARƏT EDİLDİ - FOTOLAR

  • Tarix: 15-02-2025, 16:01

Nəriman Həsənzadə! Bu ad hər birimizə doğma və əzizdir. Çünki bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə gecəsini gündüzünə qataraq yorulmadan yazıb-yaradan qələm adamlarındandı Nəriman Həsənzadə. O, Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə hər zaman xalqına arxa, dayaq olmağı bacaran, ümumiyyətlə, millətinə, xalqına xidməti özünün həyat amalına çevirən ziyalı və şair kimi öz yüksək intellekti, mübarizliyi ilə həmişə öndə olub. Bu gün Nəriman Həsənzadə xalqının, doğma həmyerlilərinin qəlbində özünəməxsus yer tutaraq könüllərdə özünə taxt qurub.

Mediaxeberlerı.Az-ın məlumatına görə, fevralın 18-də müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olur. Xalq şairimiz 94 yaşını, doğum gününü müstəqil, suveren, ən əsası da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Qələbə qazandığı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı doğma Xankəndiyə, Xocalıya, 2024-cü ildə doğma Qazaxının 4 kəndinə - Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinə qovuşan qalib ölkənin vətəndaşı, dəyərli ziyalısı olaraq qürurla qeyd edir. 

Ölkəmizdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən saz-söz adamlarına, şairlərimizə, yazıçılarımıza verilən qiymət, dəyər hər zaman yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyevin 2021-ci il fevralın 17-də Xalq şairinə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlanması, elə həmin gün müvafiq sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal” ordeni ilə təltif etməsi də bir daha bunun bariz nümunəsidir.

Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını, şairlərimizi daim diqqətdə saxlayan, onlardan qayğısını əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb Xalq şairimizi təbrik etməyi də unutmayıb. Fevralın 15-də icra başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov Xalq şairi Nəriman Həsənzadəni doğum günü ərəfəsində evində ziyarət ediblər.  

İcra başçısı və millət vəkili Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə Qazax ictimaiyyəti, ziyalılar adından səmimi qəlbdən təbrik ediblər. Dəyərli ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıblar. Müstəqil Azərbaycanımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür. 17 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz” (Rumıniya, 2009) və "Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

"Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N.Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur - 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur.

"Dostlar gözləyir məni”, "Qız ürəyi”, "Haradasan”, "Qaraca Çobanın hekayəti”, "Sizdən ayrılmadım”, ”Könlüm şeir istəyir”, "Yadına düşəcəyəm”, "Nəriman”, ”Niyə demədiniz”, "Zümrüd quşu”, "Mənim gecəm-gündüzüm”, "Nabat xalanın çörəyi”, "Sən bağışladın”, "Bir az möhlət istəyirəm ömürdən”, "Fikir eləmə”, "Kimin sualı var”, "Seçilmiş əsərləri”, "Mənim nigahımı pozdu təbiət”, "Bütün millətlərə”, "Taleyin töhfəsi”, ”Gəlimli-gedimli dünya”, "Pompeyin yürüşü”, "Azərbaycan ensiklopediyası", "Poylu beşiyim mənim”, "Nuru Paşa” adlı kitabları işıq üzü görmüşdür.

"Nəriman”, "Zümrüd quşu”, "Kimin sualı var?”, "Atabəylər”, "Pompeyin Qafqaza yürüşü”, "Midiya sarayı”, "Bəyanət”, "Həsrət”, "Vətənsiz”, "Heybədə gəzən şeir”, "Şahid ol, günəş”, "Rəsul Həmzətova məktub”, "Şəhid atası Şərif qağaya məktub”, "Qafqaz”, "Cavid”, "Qaçaq Kərəm”, "Səfirə”, "Xarı bülbül”, "Azadlıq himni” adlı poemaların müəllifidir. "Nabat xalanın çörəyi” povestini yazıb.

"Tale mənə şairliyi könül dostu verib”, - deyən şair inanırıq ki, qarşıdakı illərdə də əzəli və əbədi "dostu” ilə çox sirdaşlıq edəcək və neçə-neçə yeni poetik nümunələrlə oxucularını sevindirəcək.


Oxunub: 1 053
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 19:20 | "Qarabağ" və "Zirə" xal itirdi
    Dünən, 16:24 | Türkiyədə zəlzələ oldu
    Dünən, 15:47 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Dünən, 15:43 | FHN zavodda təlim keçirdi - Video
    Dünən, 15:38 | "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
    Dünən, 15:34 | Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
    Dünən, 15:32 | Bağlanan banklara borcu olanlara xəbərdarlıq
    Dünən, 15:24 | Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
    Dünən, 15:15 | Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
    Dünən, 15:10 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Dünən, 15:07 | Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Dünən, 15:04 | 17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - FOTO
    Dünən, 15:01 | Sabir Rüstəmxanlıdan məmurlara: Heydər Əliyev vaxt tapırdı, bəs siz? - VİDEO
    Dünən, 14:56 | İdman zalında "ölü damla" əməliyyatı: ABŞ-da Çin casusları necə ifşa olundu?
    Dünən, 14:50 | Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
    Dünən, 14:43 | "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    Dünən, 14:28 | Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Dünən, 14:19 | Məmur "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
    Dünən, 14:17 | Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı - Foto
    Dünən, 14:14 | Xəzərdə yeni marşrut: Moskva–Bakı kruiz reysi açılır
    Dünən, 14:12 | Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - FOTO
    Dünən, 10:31 | Dəmir ehtiyatınızın tükəndiyini necə anlaya bilərsiniz?
    Dünən, 10:22 | 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam"
    Dünən, 10:19 | Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
    Dünən, 10:17 | Zelenski Türkiyəyə səfər edəcək
    Dünən, 10:13 | Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
    Dünən, 10:11 | Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib
    Dünən, 10:09 | Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - Foto
    Dünən, 10:07 | Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video
    Dünən, 09:54 | Tovuzda maşın kanala aşdı - 4 nəfər yaralandı
    Dünən, 09:51 | Azərbaycan nefti bahalaşdı
    Dünən, 09:46 | “Araz-Naxçıvan” “Zirə”yə, “Qəbələ” “Qarabağ”a qarşı
    Dünən, 09:10 | Kurban Berdıyevdan qələbə şərhi
    30-10-2026, 21:50 | 86 MİLYON HƏŞƏRATIN SİRRİ - Azərbaycana nə üçün gətirilirlər?
    30-10-2026, 21:46 | Maliyyə nazirinin yeni müavini kimdir? - Dosye
    30-10-2026, 21:42 | Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi
    30-10-2026, 21:36 | "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    30-10-2026, 21:33 | “Hamı bilir hansı şirkət hansı nazirə məxsusdur” - Tural Abbaslı deyir ki...
    30-10-2026, 21:30 | Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
    30-10-2026, 20:04 | Misli Premyer Liqası: "Turan Tovuz" "Sabah"a qalib gəldi
    30-10-2026, 19:34 | Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
    30-10-2026, 19:32 | "Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər" - ETİRAZ
    30-10-2026, 19:30 | Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    30-10-2026, 19:28 | Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu
    30-10-2026, 18:53 | Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
    30-10-2026, 18:39 | Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    30-10-2026, 17:55 | Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
    30-10-2026, 17:25 | "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    30-10-2026, 17:22 | 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
    30-10-2026, 17:18 | Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.